Modern.az

Ötən il 1 milyona yaxın qonaq mehmanxanada qalıb

Ötən il 1 milyona yaxın qonaq mehmanxanada qalıb

İqtisadiyyat

12 Sentyabr 2022, 13:34

2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 1 milyona yaxın olub.

 

Bu barədə Modern.az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

 

Bildirilib ki, ki, bu da əvvəlki illə müqayisədə 75% artım deməkdir.

 

Onu da qeyd etmək lazımdır ki, bu nəticə 2019-cu illə müqayisədə 65% daha aşağıdır. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilən şəxslərin ümumi sayında Azərbaycan vətəndaşlarının payı 77%-ə yüksəlib.

 

"Buna səbəb olaraq beynəlxalq səyahət məhdudiyyətlərini, uçuş qiymətlərinin artmasını və əcnəbi turistlərin sağlamlıqla bağlı risklərini göstərmək olar. 2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələyən əcnəbilərin 84%-i Bakıda qeydə alınıb. Bu göstərici üzrə ikinci sırada dayanan Qəbələ şəhərinin hotellərində gecələyən əcnəbi vətəndaşlar ölkədə gecələyən bütün əcnəbilərin 5%-ni təşkil edir. Azərbaycan vətəndaşları əsasən Bakı (46%), Qəbələ (8%) və Quba (7%) kimi şəhərlərdə gecələmə məqsədilə mehmanxana və mehmanxana tipli müəssisələrdən istifadə ediblər".

 

Dövlət Statistika Komitəsinin məlumatına görə 2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi gəlir əvvəlki illə müqayisədə 80% artaraq 210 milyon manat təşkil edib:

 

"Qusar istisna olmaqla, regionlarda yerləşən bütün mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirlərində artım müşahidə olunub. Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirlərinin 61%-i Bakı şəhərinin payına düşür. Növbəti ən böyük pay Qəbələ (9%) və Quba (4%) şəhərlərinə məxsusdur. Ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri ən çox otaq satışı və iaşə xidmətlərindən müvafiq olaraq 60% və 29% əldə olunub. Bu bölgü şəhərlər üzrə baxdıqda da oxşar nəticələri əks etdirir. Naftalan və Lənkəran şəhərlərində yerləşən mehmanxana və mehmanxana tipli müəssisələr gəlirlərinin əksər hissəsini iaşə xidmətlərindən əldə edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi