İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov şirkətin yaradılmasının 30 illiyi münasibəti ilə təbrik edib.
Modern.az-ın məlumatına görə, bu barədə M.Cabbarov “Twitter” hesabında paylaşım edib.
M. Cabbarov qeyd edib ki, Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi və dövlətimizin iqtisadi inkişafında müstəsna rolu olan SOCAR-ın yaradılmasının 30 illiyidir: “Zəngin neft-qaz resurslarımızın ölkəmizin tərəqqisi və rifahı naminə istifadə edilməsinə böyük töhfələr verən quruma fəaliyyətində uğurlar arzu edirəm”.