Modern.az

AMB inflyasiyanı artıran səbəbləri açıqladı

AMB inflyasiyanı artıran səbəbləri açıqladı

16 Sentyabr 2022, 11:26

İnflyasiyanı artıra biləcək amillər əsasən xarici mənşəlidir.

 

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

 

Xarici mənşəli risklərə əsasən geosiyasi gərginlik və COVID-19-a yoluxma hallarının artması fonunda daşınma-logistika xərclərinin yenidən artması və dünya əmtəə qiymətlərinin tədricən azalması proqnozlarının qarşıdakı dövrdə özünü doğrultmaması, nəticədə tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bu risklər hökumətin və Mərkəzi Bankın koordinasiya olunmuş antiinflyasiya tədbirləri, o cümlədən adekvat monetar şəraitin təmin edilməsi ilə idarə ediləcək. Mərkəzi Bank tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi monetar şəraiti daha effektiv tənzimləməyə imkan verir. 2023-cü il və orta müddətli dövrdə məcmu tələbin izafi artımına yol verilməməsi də dayanıqlı makroiqtisadi sabitliyi, o cümlədən qiymət sabitliyini dəstəkləyəcək.

 

Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.

 

Bu qərar 16 sentyabr 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il oktyabr ayının 28-də veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi