Modern.az

Ölkənin xalis maliyyə aktivləri artıb

Ölkənin xalis maliyyə aktivləri artıb

17 Sentyabr 2022, 18:27

Cari ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 3 milyard 376,3 milyon dollar artıb.

 

Modern.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (62,8 milyon dollar), portfel investisiyaları (280,5 milyon dollar) və digər investisiyalar (3 milyard 33 milyon dollar) hesabına olub.

 

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 milyard 921,8 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-2 milyard 35,7 milyon dollar), neft bonusu (452,2 milyon dollar), portfel investisiyaları (-153,4 milyon dollar) və digər investisiyalar (-184,9 milyon dollar) hesabına formalaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu