Modern.az

Ukrayna ilə ticarət dövriyyəmiz yarım milyard dollara çatıb

Ukrayna ilə ticarət dövriyyəmiz yarım milyard dollara çatıb

18 Sentyabr 2022, 00:34

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dollara çatıb.

 

Modern.az xəbər verir ki, həmin dövrdə Azərbaycan bu ölkədən 163 milyon 342 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 333 milyon 30 min dollar olub.

 

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

 

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır