Modern.az

Rusiya Azərbaycan vasitəsilə İrana qaz satacaq

Rusiya Azərbaycan vasitəsilə İrana qaz satacaq

20 Sentyabr 2022, 16:14

İran Azərbaycandan keçməklə Rusiyadan sutkada 9 milyon kubmetr qaz alacaq. Bununla İran cənub regionlarının yaşayış məntəqələrini təbii qazla təmin edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya və İran arasında rəsmi razılıq əldə olunub. 

 

Xatırladaq ki, iyul ayında Moskvada İranın “NİOC” dövlət neft şirkəti ilə Rusiyanın “Qazprom” dövlət şirkəti arasında qaz satışı ilə əlaqədar 40 milyard dollar dəyərində müqavilə imzalanıb.

 

Bundan əlavə, ötən ilin noyabrında İranla Azərbaycan arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, Azərbaycan İrandan keçməklə Türkmənistandan qaz alır. Tranzit əvəzinə İran nağd vəsait deyil, təbii qaz alaraq cənub regionlarının təbii qaza olan tələbatını ödəyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir