Modern.az

Əmək pensiyaları ilə bağlı daha bir DƏYİŞİKLİK

Əmək pensiyaları ilə bağlı daha bir DƏYİŞİKLİK

28 Sentyabr 2022, 14:14

Azərbaycanda əmək pensiyası ödənişinin maliyyə mənbələri artırılır.

 

Modern.az xəbər verir ki, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliklə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə iği 2022-ci ildə müəyyən etdiyi və -be 2023-cü il yanvarın 1-dən onların Əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1 ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial Sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdiriləcək.

 

Məcəllənin hazırkı varinatı belədir: "Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir".

 

Qanunun 6.2-ci maddəsinə təklif olunan dəyişiklik qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, eləcə də 20-ci maddəyə əsasən təyin edilmiş pensiyaların əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyindəki sonrakı artımlar səbəbindən yenidən hesablanması nəticəsində yaranan artımlar dövlət büdcəsi tərəfindən maliyyələşir. Lakin hazırkı layihədə Qanunun 29-cu maddəsinə müvafiq dəyişiklik edilməklə vahid indeksasiya metodologiyasının tətbiqi təklif edildiyindən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu indeksləşdirilməsi nəticəsində yaranan xərclər sosial sığorta prinsiplərindən kənar olduğu üçün Qanunun 6.2-ci maddəsinə də müvafiq dəyişikliyin edilməsi zərurəti yaranıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir