Azərbaycan neftinin qiyməti cüzi artıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

30 Sentyabr 2022, 10:14

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları, yaxud 1 % artaraq 92,85 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı