Modern.az

Bakıda orta aylıq əməkhaqqı artıb

Bakıda orta aylıq əməkhaqqı artıb

1 Oktyabr 2022, 10:30

Bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 071,8 manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

 

Bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % çoxdur.

 

Qeyd edək ki, ilin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.

 

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI