Modern.az

Bakılılar qazanclarının çoxunu ərzağa xərcləyir - RƏQƏMLƏR

Bakılılar qazanclarının çoxunu ərzağa xərcləyir - RƏQƏMLƏR

İqtisadiyyat

1 Oktyabr 2022, 12:44

2022-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,5 faiz artaraq 17506,6 milyon manat olub.

 

Bakı Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7830,4 milyon manata bərabər olub.

 

İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür