Modern.az

Şuşa 37 günə işıqlandırılıb - “Azərişıq” rəsmisi

Şuşa 37 günə işıqlandırılıb - “Azərişıq” rəsmisi

İqtisadiyyat

7 Oktyabr 2022, 12:56

44 günlük Vətən müharibəsindən sonra "Hadrut" yarımstansiyasında aparılan yenidənqurma və bərpa işlərilə əlaqədar Şuşa şəhərinə qısa müddətdə - 37 günə enerji vermək mümkün olub.


Modern.az xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Rəqəmsal və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.


Qurum rəsmisi qeyd edib ki, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin elektrik təminatı bu yarımstansiyada qovşaq sxemi yaratdığı üçün "Hadrut" qovşaq yarımstansiyası adlanır.

 

Onun sözlərinə görə, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq:

 

“"Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq".

 

Qeyd edək ki, Xocavənd rayonun Hadrut qəsəbəsində tikintisi davam edən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!