Modern.az

Tokayevdən ərzaq təhlükəsizliyi üçün “yaşıl dəhliz” təklifi

Tokayevdən ərzaq təhlükəsizliyi üçün “yaşıl dəhliz” təklifi

İqtisadiyyat

13 Oktyabr 2022, 13:04

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ərzaq təhlükəsizliyini təmin etmək üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) iştirak edən ölkələr arasında “yaşıl dəhlizlər” yaratmağı təklif edib.

 

Modern.az xəbər verir ki, Qazaxıstan prezidenti bu barədə AQEM-in 6-cı Zirvə Toplantısında danışıb.

 

“Biz mühüm məhsulların milli standartlara uyğunluğunun qiymətləndirilməsi üçün vahid yanaşmalar hazırlamalı, həmçinin bu kateqoriyalı mallar üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə üzv dövlətlər arasında “yaşıl dəhlizlər” təşkil etməliyik. AQEM məkanında ərzaq təhlükəsizliyinin təminatı üçün real işlək mexanizm yaratmaq vacibdir”, - deyə Tokayev çıxışında vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi