Modern.az

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neft bahalaşdı

İqtisadiyyat

13 Oktyabr 2022, 23:31

Cümə axşamı günü dünya bazarında neft qiymətləri təxminən 2% bahalaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,29% artıb. Neftin dəyəri 2,12 dollar artaraq 94,57 dollar/barelə çatıb.

 

ABŞ xam nefti 1,84 dollar və ya 2,1% artaraq 89,11 dollar/barelə çatıb.

 

Agentlik neft qiymətlərinin qalxmasını qış fəslinin yaxınlaşması ilə əlaqələndirir.  

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi