"SOCAR Energy Ukraine" şirkəti Azərbaycan yanacağını ilk dəfə Bolqarıstan ərazisindən keçməklə Ukraynaya nəql edib.
Modern.az-ınməlumatına görə, bunu SOCAR-ın Ukraynadakı pərakəndə biznes bölməsinin direktoru İqor Orlov bildirib.
"Avropadan zəruri yanacaq həcmlərinin olmaması bizi alternativlər axtarmağa vadar etdi. Bu il biz ilk dəfə Azərbaycandan yanacağı Bolqarıstan ərazisindən keçməklə Ukraynaya gətirdik, bundan başqa, İtaliyadan da tədarük olub", - deyə o bildirib.
"Rusiyanın Ukraynaya işğala başlaması ilə yanacağın böyük hissəsinin Ukraynaya tədarük edildiyi Belarusdan tədarük bağlandı. Başqa kanallar yox idi, üstəlik dəniz də bağlanmışdı. Hamı Avropaya üz tutdu və orada yanacaq müharibə aparan ölkəyə lazım olandan çox azdır. Yüksək hava temperaturu (+35 dərəcədən yuxarı) yanacaqla çənlərin daşınmasına və boşaldılmasına imkan vermirdi. Bütün bunlar yanacaqdoldurma məntəqələrinə yanacağın gətirilməsinin gecikməsinə səbəb olub”,- İ.Orlov qeyd edib.
Direktor əlavə edib ki, Ukraynanın yeganə əsas yanacaq istehsalçısı olan Kremençuq Neft Emalı Zavodu raket zərbələri nəticəsində dağıldığı üçün fəaliyyət göstərmir:
"Belarusdan biz ancaq A-92 benzini idxal etmişik. Lakin bu növ yanacaq bizim satışların strukturunda kiçik bir yer tutur. Heç kimə sirr deyil ki, yanacaq tədarükünün çox hissəsi dəniz yolu ilə həyata keçirilir. Bu baxımdan limanın işləməyə biləcəyini qiymətləndirmədik. Bununla belə, komanda sayəsində biz tez bir zamanda logistikanı yenidən qura bildik. Bəli, qeyri-adi idi, biz özümüzün və icarəyə götürdüyümüz avtomobil daşıyıcıları və vaqonlarla yanacaq gətirməli olduq. Lakin işğal zamanı neft bazalarında çoxlu yanacaq ehtiyatının olması bizi xilas etdi. Haradasa martın sonuna kimi “qalıq yanacaq” satırdıq. Baxmayaraq ki, fevralın 24-də səhər saat 5-də insanların axını o qədər böyük idi ki, həmin gün satışlar işğaldan əvvəlki həftəlik həcmə bərabər idi. Bu, bir çəndə yanacaq doldurma həcminə məhdudiyyətlər, doldurma “tapanca”larının sayı və növbələr, həmçinin digər şeylər kimi təbii məqamları nəzərə alır".