Modern.az

ÜDM-in həcmi artıb

ÜDM-in həcmi artıb

17 Oktyabr 2022, 14:24

2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 98,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.

 

ÜDM istehsalının 52,2 faizi sənaye, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 9748,9 manata bərabər olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi