Yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 19 milyard 389,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 11 milyard 381,3 milyon dollar çoxdur.
Cari ilin doqquz ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 653,2 milyon dollar olub.