Modern.az

Büdcəyə vergi daxilolmaları 65 faiz artıb - Nazir

Büdcəyə vergi daxilolmaları 65 faiz artıb - Nazir

21 Oktyabr 2022, 14:56

2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 mln. manat olub.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, həmin vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 mln. manat və ya 64,5% çoxdur.

 

"Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir", - M.Cabbarov yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər