Modern.az

Hərbçilərin kirayə xərclərinə bu qədər vəsait XƏRCLƏNƏCƏK

Hərbçilərin kirayə xərclərinə bu qədər vəsait XƏRCLƏNƏCƏK

25 Oktyabr 2022, 11:16

Azərbaycanın gələn il üçün ehtiyata və ya istefaya buraxılmış hərbçilərin mənzil kirayəsi ilə bağlı xərcləri məlum olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.

 

Qeyd olunub ki, gələn il ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclərinə 12 709 699 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

 

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi