Modern.az

Mərkəzi Bank uçot dərəcəsini ARTIRDI

Mərkəzi Bank uçot dərəcəsini ARTIRDI

28 Oktyabr 2022, 10:32

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub.

 

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi