Modern.az

Bunlar bank sektoru üçün rekord göstəricilərdir - Taleh Kazımov

Bunlar bank sektoru üçün rekord göstəricilərdir - Taleh Kazımov

28 Oktyabr 2022, 11:24

“Bizim yeni formalaşan komandamızın Azərbaycanda tətbiq etdiyi yeni pul siyasətinin bazara təsirləri artıq hiss olunur”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

 

T.Kazımov qeyd edib ki, artıq banklararası faizlər uçot dərəcəsinə uyğun formalaşır:

 

“Bizim də əsas məqsədlərimizdən biri odur ki, uçot dərəcəsi qısa müddətdə bazara təsir etsin, inflyasiyanın tənzimlənməsində rol oynasın. Banklar arasında sentyabrda 788 milyon manatlıq, oktyabrda isə 1 milyard 426 milyon manatlıq əqd bağlanılıb”.

 

Baş bankir qeyd edib ki, bunlar da bank sektoru üçün rekord göstəricilərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi