Özəl kapitalçı hər zaman daha səmərəli işlər ortaya qoymaqda maraqlı olur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Bu gün dövlət başqa sahələrə nəzarət etməlidir. Bunlar qanunvericiliyin tənzimlənməsi, ictimaiyyətin maraqlarını qarşılamaq və digərləri. Bu, dövrün tələbləridir. Bir məsələyə diqqət yetirək. Hazırda infrastruktur obyektləri tikilir. Amma bu sahənin idarə edilməsini düzgün yerinə yetirə bilmirik. Ona görə də bu sahədə özəl sektor daha vacibdir. Özəl investor maraqlı olur ki, işin keyfiyyətli təşkil edilməsi ilə gəlirlərini artırsın”, - nazir vurğulayıb.