“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunda özəl sektorlara nəzarət mexanizminin hazırlanması nəzərdə tutulub.
Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən müzakirəsi zamanı məlumat verib.
Nazir qeyd edib ki, bununla bağlı elektron sistem yaradılacaq: "Eyni zamanda səlahiyyətli orqan layihənin icrası barədə bütün sənədləri qeyd edəcək. Hər hansı imtina olarsa, bununla bağlı məlumat veriləcək. Valyuta dəyişikliyi, və riskli sahələrə nəzarət olunacaq".