Modern.az

Hesablama Palatası dövlət büdcəsinə RƏY VERDİ

Hesablama Palatası dövlət büdcəsinə RƏY VERDİ

İqtisadiyyat

28 Oktyabr 2022, 18:53

Oktyabr ayının 28-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

 

Palatadan Modern.az-a bildirilib ki, iclasda Kollegiyanın gündəliyinə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiqlənib və müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.

 

Daha sonra Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu