Modern.az

\"Fitch\" SOCAR ilə bağlı proqnozunu yüksəltdi

\

28 Oktyabr 2022, 23:52

“Fitch Ratings” reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqi (UED) üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişib, UED və yüksək təminatsız reytinqini isə “BB+” səviyyəsində təsdiqləyib.

 

Modern.az  xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.

 

Məlumata görə, bərpa reytinqi “RR4” səviyyəsində təsdiqlənib.

 

SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. 

 

“Biz SOCAR-ın kredit qabiliyyətini “b+” səviyyəsində qiymətləndiririk”, - məlumatda qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi