Modern.az

Sahibkarlara verilən kreditin həcmi AÇIQLANDI

Sahibkarlara verilən kreditin həcmi AÇIQLANDI

İqtisadiyyat

2 Noyabr 2022, 15:08

“Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin iyun ayından bu ilin 1 oktyabrınadək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 291,8 milyon manat həcmində zəmanət verilib”.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

 

Nazir qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahibkarlara kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat həcmində zəmanət verilib:

 

"Bu kreditlərin illik faiz dərəcəsinin 50%-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi