Modern.az

Maliyyə sanksiyaları 20 dəfə ARTIRILIR

Maliyyə sanksiyaları 20 dəfə ARTIRILIR

İqtisadiyyat

3 Noyabr 2022, 11:20

Transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən Vergi Məcəlləsində göstərilən hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyası 20 dəfə artırılır.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən Vergi Məcəlləsində göstərilən hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyasının 500 manatdan 10 000 manata qaldırılması təklif olunur.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi