Modern.az

Əhaliyə qaytarılan ƏDV-nin həcmi ARTIRILIR

Əhaliyə qaytarılan ƏDV-nin həcmi ARTIRILIR

İqtisadiyyat

3 Noyabr 2022, 11:27

Alınan mallara görə əhaliyə qaytarılan ƏDV-nin həcmi artırıla bilər.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

 

Sənəddə bildirilib ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması nəzərdə tutulur.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bir müddət öncə Trend-ə bildirmişdi ki, gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur və ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.

 

Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçıya geri qaytarılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi