Modern.az

Azərbaycan neft hasilatını azaldacaq

Azərbaycan neft hasilatını azaldacaq

İqtisadiyyat

3 Noyabr 2022, 11:34

Azərbaycanda 2023-2026-cı illərdə neft hasilatının tədricən azalacağı gözlənilir.

 

Modern.az verir ki, bu barədə maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinin müzakirəsində bildirib.

 

Nazir bildirib ki, 2026-cı ildə ölkədə 30 274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 222,3 min ton) ilə müqayisədə 3% azdır. Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 649,7 min ton və 30 695,4 min ton neft hasil olunacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi