"Bu il dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadi böhranın təsirləri özünü göstərir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Taleh Kazımov bildirib ki, ölkəmizdə illik inflasiya 15,6 təşkil edib.
Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov isə Azərbaycana MDB ölkələrindən idxal olunan malların sayı artdığını bildirib:
“Bu il ölkəmizə MDB ölkələrindən, xüsusilə Rusiyadan idxalın həcmi artırılıb. Bu da gömrükdən Azərbaycan büdcəsinə 4 milyard dollardan artıq vəsaitin daxil olmasına şərait yaradıb”.