Modern.az

Hərbçilərin “Qazan təminatı” yaxşılaşdırılır - RƏSMİ

Hərbçilərin “Qazan təminatı” yaxşılaşdırılır - RƏSMİ

İqtisadiyyat

4 Noyabr 2022, 16:50

“Maliyyə Nazirliyi hərbçilərin “Qazan təminatı”nın artırılması məsələsi ilə məşğuldur. Yəqin ki, bununla əlaqədar müəyyən təkliflər olacaq”.

 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2023-c ilin büdcə müzakirələri zaman deyib.

 

“Cənab Prezidentin tapşırığı ondan ibarətdir ki, hərbi sahəyə xüsusi diqqət yetirilsin. Bu istiqamətdə də müavfiq işlər görülür. O cümlədən, hərbçilərin sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində addımlar atılır, hər il ordumuzda 20 il xidmət keçən hərbi qulluqçulara mənzillər verilir", - S.Şərifov deyib.

 

Nazir əlavə edib ki, bu proqram hər il davam etdirilir: "Bu məsələyə də biz baxacağıq və müvafiq təkliflər olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi