Neftin qiymətinin büdcədə 50 dollara götürülməsinə aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında danışıb.
“Bizim təcrübəmizdə risklər var. Hər gün neft bazarında qiymətin dəyişkənliyini görürük. Bunun üçün neftin qiyməti 50 dollardan götürülüb, bu isitiqamətdə davam etdiriləcək. Əlavə gəlirlərimizi də bölüşdürürük. Hesab edirəm ki, bu yanaşma daha təhlükəsiz yanaşmadır. Əlavə risklərə ehtiyac yoxdur”, - deyə nazir vurğulayıb.