Modern.az

Bu xərclər artırılır - Nazir deputatların təklifini dəstəklədi

Bu xərclər artırılır - Nazir deputatların təklifini dəstəklədi

İqtisadiyyat

11 Noyabr 2022, 13:36

Hazırda ezamiyyət xərclərinə yenidən baxılır.

 

Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında deyib.

 

“Xaricə ezamiyyət xərcləri ilə bağlı məsələyə yenidən baxmağa ehtiyac var. Burada təklif olunan məsələlərə baxacağıq. Ezamiyyət xərclərinin təkmilləşdirilməsi üzərində iş gedir. Daxildə ezamiyyət normaları ilə bağlı məsələ qaldırılmalıdır. Əvvəlki xərclərin qəbul edilməsindən çox vaxt keçib. İnflyasiya dünyada gedir. Ona görə onlara əlavə baxılmasına ehtiyac var”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Milli Məclisin deputatları ezamiyyət xərclərinin artırılmasını təklif ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi