Manatın məzənnəsinin kəskin şəkildə möhkəmlənməsi bizə mənfi təsir edə bilər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
"Bu gün Azərbaycana böyük məbləğdə valyuta daxil olarsa, manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər. Bunun da mənfi istiqamətlərini görə bilərik. Manatın bahalaşması şirkətlərimizə, bizə ixrac edən xarici subyektlərə mənfi rol oynayacaq”, - deyə nazir vurğulayıb.