Modern.az

Yaşayış minimumu artırılır - 246 manat 

Yaşayış minimumu artırılır - 246 manat 

İqtisadiyyat

11 Noyabr 2022, 14:44

“Bizim əsas məqsədimiz vətəndaşlarımızın məşğulluğunun təmin edilməsidir. Biz istəyirik ki, əhali öz əməyi ilə xərcləri ödəsin”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir bildirib ki, növbəti ildən yaşayış minimumu və ehtiyac meyarı dəyişəcək:

 

“Bu məbləğ 246 manat olacaq ki, bu da cari illə müqayisədə 46 manat çoxdur. Həmçinin ünvanlı sosial yardım 500 manatın üzərində olacaq”.

 

S.Babayev, həmçinin əmək müqavilələrinin elektronlaşdırılmasına münasibət bildirib. “Bunun üçün işlər görülür. Bundan sonra əmək müqaviləsi elektron olaraq aparılacaq. İşə götürən və işə götürülən şəxslər üçün asanlaşdırma işləri aparılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi