Modern.az

Avropada inflyasiya rekord həddə çatıb

Avropada inflyasiya rekord həddə çatıb

İqtisadiyyat

18 Noyabr 2022, 10:32

Avrozonada inflyasiya enerji və ərzaq qiymətlərindəki artımlar fonunda 10,6 faiz təşkil etməklə rekord səviyyəyə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.

 

Bildirilib ki, bu rəqəmlər son 25 ildə ən yüksək inflyasiya göstəricisidir.

 

Məlumata görə, ay ərzində Avrozonada ən yüksək qiymət artımı 41,5 faizlə enerjidə qeydə alınıb. İstehlak qiymətləri indeksi oktyabrda əvvəlki ayla müqayisədə 1,5 faiz artıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü