ƏDV ilə bağlı yeni qərar verildi 

ƏDV ilə bağlı yeni qərar verildi 

İqtisadiyyat

18 Noyabr 2022, 11:44

Milli Məclisdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra qəbul olunub.

 

Bu qanun işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir.

 

İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I - XVII fəsillərinə uyğun olaraq tənzimləyir. Bununla da işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olacaqlar. Eyni zamanda işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad olacaq.

 

ƏDV-nin geri qaytarılması qaydası aşağıdakı kimi olacaq:

 

Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı