Modern.az

Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV 17,5 faizə QALDIRILIR

Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV 17,5 faizə QALDIRILIR

18 Noyabr 2022, 11:54

Nağdsız əməliyyatlar stimullaşdırılacaq.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub.

 

Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır