Modern.az

Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb

Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb

İqtisadiyyat

18 Noyabr 2022, 16:32

Rusiyanın “Qazprom” şirkəti Azərbaycana qaz tədarükünün başlandığını elan edib. Modern.az-ın məlumatına görə, “Qazprom” özünün "Telegram" kanalında bildirib ki, yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükü noyabrın 15-dən başlayıb. Çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək.


Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarükün ümumi həcminin 1 milyard kubmetr səviyyəsində olacağı gözlənilir.
 

Qeyd olunur ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu fəal şəkildə ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir. Rusiya yanacağının respublikaya tədarükü, Moskvanın əvvəllər svop satışı ilə bağlı razılaşdığı qazın İrana ixracının həcminin artması və ya sonrakı tranziti ilə izah oluna bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir