Modern.az

Prezident: Yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik

Prezident: Yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik

İqtisadiyyat

21 Noyabr 2022, 16:05

“Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq:

 

“Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi