Modern.az

BTQ ilə yük daşımaların həcmi AÇIQLANDI

BTQ ilə yük daşımaların həcmi AÇIQLANDI

22 Noyabr 2022, 18:04

2022-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə yük daşımaları 540 min ton təşkil edib.

 

Modern.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə heyətinin sədri Rövşən Rüstəmov deyib.

 

R.Rüstəmov qeyd edib ki, 2021-ci illə müqayisədə artım 26,2 faiz və ya 112 min ton olub:

 

"BTQ iştirakçı ölkələr qarşısında böyük imkanlar açıb, o cümlədən, Avropa məkanına çıxış üzrə imkanlar açıb və Qərb istiqamətində nəhəng potensial yaradıb".

 

Qeyd edək ki, 850 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu 2017-ci ildə istifadəyə verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu