Modern.az

Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb

Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb

İqtisadiyyat

25 Noyabr 2022, 11:04

Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək.

 

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

 

Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu