“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların sayı çoxdur. Bu, reallıqdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu, nə dərəcədə ədalətlidir?. Artıq məsələ ilə bağlı yeni mexanizm hazırlanmalıdır", - F.Mustafa vurğulayıb.