Azərbaycan neftlə bağlı qərara “HƏ” dedi

Azərbaycan neftlə bağlı qərara “HƏ” dedi

4 Dekabr 2022, 18:46

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə  Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib.

 

“Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn il iyunun 4-də keçirilməsi razılaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq