Modern.az

Aİ-nin Rusiya neftinə qoyduğu qiymət limiti qüvvəyə mindi

Aİ-nin Rusiya neftinə qoyduğu qiymət limiti qüvvəyə mindi

İqtisadiyyat

5 Dekabr 2022, 13:00

Dekabrın 5-də Avropa İttifaqı Şurasının Rusiya neftinə qiymət limitinin tətbiqi ilə bağlı qərarı qüvvəyə minib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya neftinin üçüncü ölkələrə dəniz daşınmasına qadağa və nəqletmə ilə bağlı texniki yardım, broker xidmətləri və ya maliyyə yardımının göstərilməsi qadağası da qüvvəyə minəcək.

 

Rusiya mənşəli və ya Rusiyadan ixrac olunan neft və neft məhsullarının tavan qiyməti bir barel üçün 60 dollar müəyyən edilib.

 

Qiymət həddi bazar vəziyyətinə uyğunlaşmaq üçün vaxtaşırı nəzərdən keçirilə bilər, buna görə də bütün operatorlar tərəfindən yuxarı hədd qiymətinin ardıcıl tətbiqini təmin etmək üçün hər bir qiymət həddi dəyişikliyindən sonra 90 günlük keçid dövrü müəyyən edilir.

 

Bazarda baş verən hadisələrə cavab vermək üçün hər iki aydan bir yuxarı qiymət mexanizminin fəaliyyətinə yenidən baxılacaq və Rusiya nefti və neft məhsullarının orta bazar qiymətindən ən azı 5% aşağı səviyyədə müəyyən ediləcək.

 

Bundan əlavə, 2023-cü il fevralın 5-dən Rusiya neft məhsullarının dənizlə daşınmasına qadağa qüvvəyə minəcək.

 

Rusiya mənşəli xam nefti daşıyan, 2022-ci il dekabrın 5-dək alınıb yüklənən və dekabrın 19-dək təyinat limanında boşaldılan xam nefti daşıyan gəmilər üçün 45 günlük keçid müddəti nəzərdə tutulub.

 

Qərb ölkələrinin bu qərarında məqsəd Rusiya Federasiyasına Ukraynada müharibəni davam etdirməyə kömək edən, eyni zamanda dünya bazarına Rusiya tədarükünü saxlayan gəlirləri azaltmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!