Modern.az

Dövlət Neft Fondunun \"Şahdənizdən\" gəlirləri ARTIB

Dövlət Neft Fondunun \

5 Dekabr 2022, 16:06

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 357 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 85,7% çoxdur.

 

ARDNF-dən Modern.az-a verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.12.2022 tarixinə) 328 567 min dollar olub, bu da 18,1% artım deməkdir.

 

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir