Modern.az

Dekabrın pensiyaları ÖDƏNİLDİ

Dekabrın pensiyaları ÖDƏNİLDİ

8 Dekabr 2022, 17:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...