Modern.az

MDB ölkələrinin Məşvərətçi Şurasının iclası keçirilib

MDB ölkələrinin Məşvərətçi Şurasının iclası keçirilib

İqtisadiyyat

12 Dekabr 2022, 10:50

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin İstehlakçı hüquqlarının qorunması üzrə Məşvərətçi Şurasının 19-cu iclasında iştirak edib.

 

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

İclasda MDB-yə üzv dövlətlərdə elektron ticarət sahəsində istehlakçı hüquqlarının müdafiəsi və internet vasitəsilə malların satışına dair məsələlər müzakirə edilib.

 

Tədbirdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyət planları və onların tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi