Modern.az

“Azərbaycan Dəmir Yolları” daha 10 yeni qatar alır

“Azərbaycan Dəmir Yolları” daha 10 yeni qatar alır

İqtisadiyyat

12 Dekabr 2022, 12:42

"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun rəhbəri Rövşən Rüstəmov bildirib.

 

Onun sözlərinə görə, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.


"Yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək", - deyə sədr qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi