Modern.az

Azərbaycandakı qadın sahibkarların sayı AÇIQLANDI

Azərbaycandakı qadın sahibkarların sayı AÇIQLANDI

İqtisadiyyat

14 Dekabr 2022, 11:17

Azərbaycanda hazırda 1 milyon 168 min sahibkar var. Onların 250 mindən çoxu qadın sahibkarlardır.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

 

“Təəssüf ki, Azərbaycanda iri sahibkarlar arasında qadın sahibkarlar yoxdur. Orta sahibkarların təxminən 8%-i, kiçik sahibkarların da təxminın 16%-i, mikrosahibkarların 25%-i isə qadın sahibkarlardır. Bu gün işğaldan azad olunan ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-i qadın sahibkarlardır”,- deyə Komitə sədri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi