Modern.az

Qadın sahibkarlar kişi sahibkarlardan geri qalır

Qadın sahibkarlar kişi sahibkarlardan geri qalır

14 Dekabr 2022, 11:38

Azərbaycanda qadın sahibkarlar kişi sahibkarlardan geri qalır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova bildirib.

 

“Bunun da bir neçə səbəbləri var. Bu gün diqqət yetirsək görərik ki, bunun əsas səbəbi maliyyə resurslarıdır. Kişi və qadın sahibkarların maliyyə kapitalları eyni deyil. Bununla bağlı dəstək proqramları həyata keçirməliyik. Bu gün ölkədə 17 rayonda qadın resurs mərkəzi fəaliyyət göstərir. Bu da bölgələrdə qadınlarımızın biznes sahəsində fəaliyyətinə dəstək verir. Eyni zamanda qadın sahibkarlarımızın inkişafı üçün beynəlxalq təşkilatların çağırışlarına da dəstək vermək lazımdır”,- deyə Komitə rəsmisi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi